Tribuna İnformasiya Agentliyi

Milli Dəyərlərin Təbliği İctimai Birliyi növbəti təlimini reallaşdırdı

15 Oktyabr

Əli Cəfərov : Sizlərdə yol mədəniyyəti hisslərinin formalaşması ilə yanaşı, ətrafınızdakı insanları da bu işə sövq etməklə hər bir şagirdi inanıram ki təbliğatçıya çevirəcəksiniz.

Bu gün Demokratiyanın və Milli Dəyərlərin Təbliği İctimai Birliyi Bakı şəh. 23 saylı tam orta məktəbdə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəyərləndirib maliyyələşdirdiyi “Şagirdlərin yaradıcılıq qabiliyyətlərinin inkişaf etdirməklə yol hərəkəti qaydalarının təbliği” mövzusunda təlimini reallaşdırdı. Təlim Dövlət Himnimizin səslənməsilə başladı. Sonra söz Bakı Usaq Teatırının aktyoru Mehman müəllimə verildi. Mehman müəllim uşaqlardan salamlaşdıqdan sonra bildirdi ki, mən sizinlə ötən təlim zamanı yol hərəkəti qaydalarına aid tamaşanın mənasını izah etdim və hər bir şagirdin rolunu izah edərək sözlərini sizlərə payladım. Yəqin ki sizlər hər biriniz sözlərinizi əzbərləyibsiniz. Mehman müəllim tamaşanın məşqinə başladı. Bir saat uşaqlardan məşq edildikdən sonra fasilə elan olundu və Mehman müəllim səhnəcik hazırlayan uşaqlara yenidən tapşırıq verərək şer deyən uşaqlarla məşq etməyə başladı. Şer deyən uşaqları dinlədikdən sonra öz irad və tövsiyyələrini uşaqlara verdi. Sonra təlimçi şagirdlərə bildirdi ki, biz indi təlim planına uyğun olaraq sizinlə “Ata sənin yolunu gözləyirik” mövzusunda DİSPUT keçiririk. Təlimçi bildirdi ki, bizim əsas məqsədimiz sizin yaradıcılıq potensiallarını üzə çıxarmaqla yanaşı nitq mədəniyyətinizi inkişaf etdirmək və sizdə sərbəst fikir söyləmək qabiliyyətinizi üzə çıxartmaqdır. Eyni zamanda yol hərakati qaydalarına aid mənimsəmiş olduğunuz biliklər dahada möhkəmlənəcəkdir. Disput zamanı “İşıqfor nədir”, “Niyə yol hərəkatı qaydalarına riayət etməliyik”, “ Evə gec gələndə valideyinləriniz niyə narahat olur ” mövzusunda sizlərə verilən suallar sizin mənəvi tərbiyənizin inkişafına, düzgün davranışlarınızın formalaşmasına, sizlərdə nitq və məntiqi təfəkkürlərinizin inkişafına böyük təsir etməklə yanaşı, sizlərdə təhlükəsiz və sağlam yasamağın mahiyyətini də anladacaqdır. Beləliklə aşağıdakı sualları təlimçi şagirdlərə ünvanladı.“İşıqfor nə üçün lazımdır?”, “Ata səni gözləyirəm fikrini necə başa düşürsünüz?” , “Yol qəzası deyəndə nə başa düşürsünüz? ” ,” Yol nəqliyyat hadisələrini yaradan səbəb nədir?” “Yaradıcı insan kimə deyilir”, “Piyada keçid nişanları nə üçün lazımdı?”, “Niyə yol hərəkatı qaydalarına riayət etməliyik”, “ Evə gec gələndə valideyinləriniz niyə narahat olur” ,“Özünəgüvənc hissi nədir “ və s. suallar verildi. Disput zamanı şagirdlərdən Kazımzadə Kənan “Ata səni gözləyirəm” fikrinə münasibət bildirdi. Sorğu sualda şagirdlərdən Kazımzadə Kənan, Kərimova Qəmər, Əlicanlı Nazənin, Bağırova Aysu, Şəfərli Şükran və s. fəallıq göstərdilər. Şagirdlər yol hərəkəti qaydaları ilə bağlı əldə etmiş olduqları bilik bacarıq və vərdişlərini nümayiş etmiş oldular. Disput zamanı uşaqlar çox fəallıq göstərdilər. Öz fikir və mülahizələrini sərbəst şəkildə ifadə etdilər. Haldun, Sərvanə, Aysu, Pərvanə, Sahib qeyri-adı cavabları və yanaşmaları ilə yadda qalmış oldular. Hətta uşaqların hazırlamış olduqları əlavə məlumatlar, onların təqdimatları tədbir iştirakçılarının diqqətini cəlb etdi.

Təlimin sonun da söz layihənin rəhbəri, DMDT-İB sədri Əli Cəfərova verildi.

Əli müəllim bildirdi ki, təşkil etdiyimiz təlimlər şagirdlərimizi tərbiyə edir, fəallaşdırır, hər cür neqativ hallara qarşı barışmaz olmağa çağırır və onları kamillik zirvəsinə doğru istiqamətləndirir.

Sizlərdə yol mədəniyyəti hisslərinin formalaşması ilə yanaşı, ətrafınızdakı insanları da bu işə sövq etməklə hər bir şagirdi inanıram ki ,təbliğatçıya çevirəcəksiniz.

Bizim gördüyümüz işlərin nəticəsi olaraq sizlərdə həmçinin zərif insani hisslər də güclənəcək ki, bununlada sizlər bir-birinizə ehtiyacınız olduğunuzu anlayacaqsınız. Eləcədə sizlər orta məktəbi bitirdikdən sonra vətəndaş cəmiyyətinə asan inteqrasiya olacaqsınız. Əli müəllim bir daha təlimlər üçün yaratdığı şəraitə görə məktəbin direkroru Həqiqət xanıma öz təşəkkürünü bildirdi.