Milli birlik və ümumxalq ehtiramın təcəssümübackend

Milli birlik və ümumxalq ehtiramın təcəssümü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2020-ci il sentyabrın 27-də erməni qəsbkarlarının ölkəmizə qarşı növbəti mənfur təxribatlarına cavab olaraq Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev cənablarının rəhbərliyi altında işğal olunmuş torpaqlarımızın düşməndən azad edilməsi uğrunda vətən müharibəsi başlamışdır. Vətən müharibəmiz 44 gündən sonra 2020-ci il 10 noyabr tarixində şanlı qələbə ilə sonlanaraq, Azərbaycanın tarixinə qızıl hərflərlə yazıldı. Bu 44 gün ərzində xalqımız əsl birlik nümayiş etdirdi. Ön cəbhədə düşmənə qarşı şücaətlə vuruşan əsgər və zabitlərimizə arxa cəbhə də öz dəstəyini bir an belə olsun əsirgəmədi. Biz müharibənin ilk günlərindən əzmlə mübarizə apararaq, elə ilk günlərdən ön cəbhədən xoş xəbərlər alır, Ali Baş Komandanımızın hər gün yeni bir ərazini işğaldan azad etdiyimiz xəbərini eşidərək qürur hissi keçirirdik. Vətənimin mərd oğulları dayanmadın, geri çəkilmədən , ancaq və ancaq irəliyə doğru hərəkət edərək, düşmənə sarsıdıcı zərbələr endirirdilər. Vətən müharibəmizdə qələbə xəbərləri bizi nə qədər sevindirirdisə , şəhid olan və yaralanan əsgərlərimizin ,itgin düşən soydaşlarımızın,  eləcə də erməni terrorçularının açdığı raket atəşləri nəticəsində mülki vətəndaşlarımızın həlak olması xəbərləri də bizi bir o qədər üzürdü. İgid ,qəhrəman oğullarımızın öz canlarından keçərək , vətənin azadlığı uğrunda apardığı mübarizə bütün dünyaya bu xalqın gücünü bir daha sübut etdi.

Vətən müharibəsində qəhrəmanlıqla döyüşərək, ölkəmizin ərazi bütövlüyüyü uğrunda canlarını qurban vermiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamı ilə hər il sentyabrın 27-si Azərbaycan Respublikasında Anım Günü kimi qeyd olunması qərara alınmışdır.

2021-ci il 27 sentyabr tarixində Respublikamızın bütün bölgələrində Vətən müharibəsi şəhidlərinin əziz xatirələrinin yad olunmasına həsr olunmuş tədbirlər keçirilmişdir. Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirak etdiyi bu ümumrespublika tədbiri Azərbaycanda milli birlik və ümumxalq ehtiramın təcəssümüdür.

Şanlı qələbəni bizə yaşadanlara biz hər daim borcluyuq. Şəhidlərimizin əziz xatirəsi qarşısında baş əyirik…

Masallı Gənclər Evi- Nuranə Muxtarova