Millətlər Liqasında II tura yekun vuruldubackend

Millətlər Liqasında II tura yekun vuruldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün UEFA Millətlər Liqasında daha 9 oyun keçirilib.

TİA.AZ-ın məlumatına görə, A, C və D liqasında baş tutan matçlardan sonra II tura yekun vurulub.

A Liqasının 2-ci qrupunda Belçika evdə İslandiyanı darmadağın edib. İngiltərə səfərdə Danimarkanın müqavimətini qıra bilməyib.

3-cü qrupda Fransa doğma meydanda Xorvatiya üzərində qələbə qazanıb. Portuqaliya isə səfərdə İsveçdən üstün olub.

C liqasında Azərbaycan Nikosiyada Kiprə qalib gəlib.

D liqasının yeganə görüşündə isə San Marino evdə Lixtenşteynu uduzub.

8 sentyabr

UEFA Millətlər Liqası, II tur

A liqası

2-ci qrup
22:45. Belçika – İslandiya – 5:1

Qollar: Aksel Vitsel, 13, Mişi Batşuayi, 17, 69, Dris Mertens, 50, Jeremi Doku, 80 – Holmbert Fridyonsson, 11

22:45. Danimarka – İngiltərə – 0:0

Xal durumu: Belçika – 6, İngiltərə – 4, Danimarka – 1, İslandiya – 0

3-cü qrup
22:45. Fransa – Xorvatiya – 4:2

Qollar: Antuan Qrizmann, 43. Antoni Marsyal, 45+1, Dayo Upamekano, 65, Olivye Jiru, 76 (pen.)  – Deyan Lovren, 17, Yosip Brekalo, 55

22:45. İsveç – Portuqaliya – 0:2

Qollar: Kriştianu Ronaldu, 45+1, 72

Qırmızı vərəqə: Qustav Svensson (İsveç), 44

Xal durumu: Portuqaliya – 6, Fransa – 6, İsveç – 0, Xorvatiya – 0

C liqası

1-ci qrup
22:45. Kipr – Azərbaycan – 0:1

Qol: Maksim Medvedev, 29

22:45. Lüksemburq – Monteneqro – 0:1

Qol: Fatoş Beçiray, 90+3 (pen.)

Qırmızı vərəqə: Kristofer Martins (Lüksemburq), 85

Xal durumu: Monteneqro – 6, Lüksemburq – 3, Azərbaycan – 3, Kipr – 0

2-ci qrup
18:00. Gürcüstan – Şimali Makedoniya – 1:1

Qollar: Tornike Okriaşvili, 13 (pen.) – Milan Ristovski, 33

Qırmızı vərəqə: Visar Musliu (Şimali Makedoniya), 64

20:00. Ermənistan – Estoniya – 2:0

Qollar: Aleksandr Karapetyan, 43, Anqulo Vbeymar, 65

Xal durumu: Şimali Makedoniya – 4, Gürcüstan – 4, Ermənistan – 3, Estoniya – 0

D liqası

2-ci qrup
22:45. San-Marino – Lixtenşteyn – 0:2

Qollar: Nikolas Hasler, 3, Yanik Frik, 14

Xal durumu: Lixtenşteyn – 3, Cəbəllütariq – 3, San Marino – 0