Millətlər Liqası: Yunanıstan və Gürcüstan qrup qalibi ola bilərbackend

Millətlər Liqası: Yunanıstan və Gürcüstan qrup qalibi ola bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün UEFA Millətlər Liqasında IV turun ilk 9 matçı keçiriləcək.

TİA.AZ-ın məlumatına görə, qarşılaşmalardan hərəyə 2-si A və B Liqalarında, 4-ü C, 1-i isə D Liqasında oynanılacaq.

A Liqasının 2-ci qrupunda hələlik xala həsrət olan İsveçrə lider Portuqaliyanı qəbul edəcək. Bu komandalar arasındakı II tur matçında Portuqaliya böyük hesabla qalib gəlmişdi.

Qrupun digər görüşündə İspaniya Çexiyanı qəbul edəcək. Praqadakı qarşılaşmada son anda məğlubiyyətdən xilas olaraq, 2:2 hesablı heç-heçə etmiş İspaniya qrup liderliyinə yüksəlmək üçün qələbə qazanmaqla yanaşı, qonşusunun səfər məğlubiyyətinə ümid etməlidir.

B Liqasının 4-cü qrupunda lider Norveç İsveçi qəbul edəcək. Serbiya isə son pillədəki Slovaniyanın qonağı olacaq.

C Liqasındakı 2-ci və 4-cü qruplarda liderlər xal itkisi olmadan irəliləyirlər. Yunanıstan 9 xalla liderlik etdiyi qrupda ən yaxın izləyicisi Kosovonu sınağa çəkəcək. Qələbə təqdirində, Ellada təmsilçisi vaxtından əvvəl qrup qalibi olacaq. Digər matçda hərəyə 1 xalla son iki pilləni bölüşən Şimali İrlandiya və Kipr üz-üzə gələcək.

Gürcüstan isə qrupunun qalibi olmaq üçün evdə Bolqarıstanı udmalı və paralel görüşdə Şimali Makedoniyanın öz meydanında Cəbəllütariqlə oyunda xal itirməsinə ümid etməlidir. Qafqazlıların Sofiyadakı qarşılaşmada 5:2 hesablı qələbəsindən sonra rəqib komandanın baş məşqçisi Yasen Petrov istefa vermişdi.

Nəhayət, 3 komandalı D Liqasındakı görüşdə Malta San Marinonu udsa, qrup lideri Estoniya ilə xallarını bərabərləşdirəcək.

UEFA Millətlər Liqası
IV tur
12 iyun
A Liqası

2-ci qrup
22:45. İsveçrə – Portuqaliya

22:45. İspaniya – Çexiya

Xal durumu: Portuqaliya – 7, İspaniya – 5, Çexiya – 4, İsveçrə – 0.

B Liqası

4-cü qrup
20:00. Norveç – İsveç

22:45. Sloveniya – Serbiya

Xal durumu: Norveç – 7, Serbiya – 6, İsveç – 3, Sloveniya – 1

C Liqası

2-ci qrup
17:00. Şimali İrlandiya – Kipr

22:45. Yunanıstan – Kosovo

Xal durumu: Yunanıstan – 9, Kosovo – 6, Şimali İrlandiya – 1, Kipr – 1

4-cü qrup

20:00. Şimali Makedoniya – Cəbəllütariq

20:00. Gürcüstan – Bolqarıstan

Xal durumu: Gürcüstan – 9, Şimali Makedoniya – 4, Bolqarıstan – 2, Cəbəllütariq – 1

D Liqası

2-ci qrup
22:45. Malta – San Marino

Xal durumu: Estoniya – 6, Malta – 3, San Marino – 0.