Millətlər Liqası: Fransa çempion oldubackend

Millətlər Liqası: Fransa çempion oldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün UEFA Millətlər Liqasının qalibi müəyyənləşib.

TİA.AZ xəbər verir ki, final mərhələsi İtaliyada keçirilən yarışın həlledici oyununda İspaniya və Fransa yığmaları üz-üzə gəlib.

Milan şəhərindəki “San-Siro” stadionunda keçirilən oyunda hesabı ispanlar açsa da, sonradan 2 top vuraraq vəziyyəti xeyrinə dəyişən Fransa Millətlər Liqasının qalibi adını qazanıb.

İtaliya və Belçika komandaları arasındakı 3-cü yer uğrunda qarşılaşmada isə Roberto Mançininin komandası sevinən tərəf olub – 2:1.

UEFA Millətlər Liqası, final mərhələsi
III yer uğrunda görüş

İtaliya – Belçika 2:1

Qollar: Barella, 47. Berardi 65-pen. – Ketelare, 86.
Baş hakim: Srcan Yovanoviç (Serbiya)
Turin. “Yuventus” stadionu

İtaliya: 21. Canluici Donnarumma (k), 2. Covanni Di Lorentso, 5. Manuel Lokatelli, 7. Lorentso Pelleqrini, 9. Cakomo Raspadori, 11. Domeniko Berardi, 13. Emerson, 14. Federiko Kyeza, 15. Françesko Açerbi, 18. Nikolo Barella, 23. Alessandro Bastoni.
Ehtiyat oyunçular: 1. Salvatore Siriqu, 22. Aleks Meret, 3. Corco Kyellini, 6. Marko Verratti, 8. Jorjinyo, 10. Lorentso İnsinye, 12. Federiko Dimarko, 16. Brayan Kristante, 17. Moyze Kin, 20. Federiko Bernardeski.
Baş məşqçi: Roberto Mançini.

Belçika: 1. Tibo Kurtua, 2. Tobi Alderveyreld, 3. Ceyson Denayer, 5. Yan Vertongen (k), 6. Aksel Vitsel, 8. Yuri Tilemans, 11. Yannik Karrasko, 17. Hans Vanaken, 21. Timoti Kastan, 22. Aleksis Salemakers, 23. Mişi Batşuayi.
Ehtiyat oyunçular: 12. Simon Minolye, 13. Kun Kastels, 4. Dedrik Boyata, 7. Kevin de Bruyne, 14. Dodi Lukebakio, 16. Artur Teate, 18. Şarl de Ketelare, 19. Leander Dendonker, 20. Leandro Trossar.
Baş məşqçi: Roberto Martines.

Final
İspaniya – Fransa 1:2

Qollar: Oyarzabal, 66 – Benzema, 66. Mbappe, 80.
Baş hakim: Entoni Teylor (İngiltərə)
Milan. “San-Siro” stadionu

Qeyd edək ki, ikinci dəfə təşkil olunan “Dördlər finalı”nda ilk qalib Portuqaliya millisi olub.