Millətlər Liqası: Estoniyada “sülh”, Qazaxıstanda əzmkar qələbəbackend

Millətlər Liqası: Estoniyada “sülh”, Qazaxıstanda əzmkar qələbə

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
UEFA Millətlər Liqasında pley-off oyunlarına start verilib.
Ötən mövsüm C Liqasında öz qruplarını sonuncu pillədə başa vurmuş 4 komanda – Estoniya, Kipr, Moldova və Qazaxıstan D Divizionuna düşməmək uğrunda mübarizə aparırlar.

Moldova millisi Kişineuda Qazaxıstanla üz-üzə gəlib. Meydan sahibləri ilk yarıda İon Nikolaeskunun qolu ilə önə keçsələr də, fasilədən sonra qonaqlar iki qol vuraraq, əzmkar qələbə qazanıblar – 2:1. Moldova millisinin qapısını qoruyan “Keşlə”nin qolkiperi Stanislav Namaşko 63-cü dəqiqədə kobud səhvə yol verərək, komandasının qapısına bərabərlik qolunun vurulmasının səbəbkarı olub. Son qolu isə onun komanda yoldaşı Vyaçeslav Posmak öz qapısına vurub.
Estoniya yığması isə Tallində Kiprlə qolsuz heç-heçə edib. Meydan sahibləri 85-ci dəqiqədə qol vursalar da, VAR sisteminə müraciət edildikdən sonra həmin top ləğv olunub.
Cavab qarşılaşmaları martın 29-da oynanılacaq. İki görüşün nəticəsinə əsasən qalib gələn komandalar C Liqasındakı yerlərini qoruyacaqlar.
UEFA Millətlər Liqası
Pley-off
İlk oyunlar
24 mart
Moldova – Qazaxıstan 1:2
Qollar: İon Nikolaesku, 45+1 – Sergey Malıy, 63. Vyaçeslav Posmak, 79 (öz qapısına)