Millətlər Liqası: Bu gün daha 5 görüş keçiriləcəkbackend

Millətlər Liqası: Bu gün daha 5 görüş keçiriləcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

UEFA Millətlər Liqasında bu gün IV turun növbəti matçları keçiriləcək.

TİA.AZ-ın məlumatına görə, turun ikinci oyun günündə A, B və C Liqalarında 5 görüş baş tutacaq.

A Liqasının 1-ci qrupunda lider Danimarka Xorvatiyanı, son pillədəki Fransa isə Xorvatiyanı qəbul edəcək.

Rusiyanın diskvalifikasiyası fonunda B Liqasının 2-ci qrupunda yeganə görüşü İslandiya və lider İsrail arasında olacaq.

Nəhayət, C Liqasında 3-cü qrupun liderlik uğrunda matçında Qazaxıstan Slovakiyanı qəbul edəcək. Meydan sahibləri qələbə qazanacaqları təqdirində, ən yaxın izləyicisindən 4 xal aralanacaqlar. 1 xala malik Azərbaycan millisi isə son pillədən qurtulmaq üçün ev oyununda Belarusu yenməlidir.

UEFA Millətlər Liqası
IV tur
13 iyun

A Liqası
1-ci qrup
22:45. Danimarka – Avstriya

22:45. Fransa – Xorvatiya

Xal durumu: Danimarka – 6, Avstriya – 4, Xorvatiya – 4, Fransa – 2

B Liqası
2-ci qrup
22:45. İslandiya – İsrail

Xal durumu: İsrail – 4, İslandiya – 2, Albaniya – 1

C Liqası
3-cü qrup
18:00. Qazaxıstan – Slovakiya
20:00. Azərbaycan – Belarus

Xal durumu: Qazaxıstan – 7, Slovakiya – 6, Belarus – 2, Azərbaycan – 1.