Millətlər Liqası: Azərbaycan yığması Belarusu qəbul edirbackend

Millətlər Liqası: Azərbaycan yığması Belarusu qəbul edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan yığması bu gün UEFA Millətlər Liqasında növbəti oyununu keçirəcək.TİA.AZ-ın məlumatına görə, Canni De Byazinin baş məşqçi olduğu komanda Bakıda Belarus seçməsini qəbul edəcək.

“Dalğa Arena”da oynanılacaq qarşılaşma saat 20:00-da başlayacaq. Görüşü yunanıstanlı Anastasios Papapetrunun rəhbərlik etdiyi hakimlər idarə edəcək.

Komandalar arasında II tura təsadüf etmiş matçda qolsuz bərabərlik qeydə alınıb. Azərbaycan millisi ilk turda səfərdə Qazaxıstana 0:2, III turda evdə Slovakiyaya 0:1 hesabı ilə uduzub. Rəqib isə birinci qarşılaşmasında Slovakiyaya yenilib, III turda Qazaxıstanla heş-heçə edib – 1:1.

Hazırda Qazaxıstan yığması 7 xalla C Liqasının 3-cü qrupuna başçılıq edir. Slovakiyanın 6, Belarusun 2, Azərbaycanın isə 1 xalı var.

UEFA Millətlər Liqası

IV tur

20:00. Azərbaycan – Belarus

Baş hakim: Anastasios Papapetru (Yunanıstan)

Bakı. “Dalğa Arena”