Millətlər Kuboku: Teymur Rəcəbov yenə heç-heçə oynadıbackend

Millətlər Kuboku: Teymur Rəcəbov yenə heç-heçə oynadı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şahmat üzrə Onlayn Millətlər Kubokunda III tura start verilib.

TİA.AZ-ın məlumatına görə, 2-ci yarış gününün ilk qarşılaşmasında Azərbaycan təmsilçisi Teymur Rəcəbovun çıxış etdiyi dünya yığması ABŞ komandası ilə qarşılaşıb və uduzub.

Azərbaycanlı qrossmeyster ilk görüşünü Hikaru Nakamuraya qarşı keçirib. Qara fiqurlarla oynayan 33 yaşlı şahmatçı dünənki görüşlərdə olduğu kimi rəqibi ilə sülh bağlayıb.

T.Rəcəbovun komandası günün 2-ci qarşılaşmasında Rusiya ilə üz-üzə gələcək.

Qeyd edək ki, 180 000 ABŞ dolları mükafat fonduna malik yarış iki dövrəlik olacaq. İlk mərhələ mayın 9-dək gerçəkləşəcək. Daha sonra iki ən güclü komanda mayın 10-da Superfinalda üz-üzə gələcək.

Onlayn Millətlər Kuboku

III tur

ABŞ – Dünya yığması 2,5:1,5

Hikaru Nakamura – Teymur Rəcəbov 0,5:0,5

Peres Dominges – Alireza Firuzca 0,5:0,5

Uesli So – Bassem Amin 0,5:0,5

İrina Kruş – Dinara Saduakasova 1:0