Tribuna İnformasiya Agentliyi

Millət vəkillərindən qalmaqallı maaş açıqlaması

21 Noyabr

Xəbər verdiyimiz kimi Qarabağ qazisi, jurnalist Rey Kərimoğlu millət vəkillərinin maaşının ləğv edilməsi təklifi ilə çıxış edib. 

Xəbər verdiyimiz kimi Qarabağ qazisi, jurnalist Rey Kərimoğlu millət vəkillərinin maaşının ləğv edilməsi təklifi ilə çıxış edib.

Jurnalist bildirib ki, millət vəkillərindən 5-6 nəfəri çıxsaq, parlamentdə əyləşənlərin əksəriyyətinin aylıq 1500-2000 min manata ehtiyacı yoxdur: “Köməkçiləri də ləğv edilsin. Kim istəyir canı çıxsın öz pulu ilə özünə köməkçi saxlasın. Köməkçiləri ilə birlikdə ilə 3-4 milyon manat edir. Təkcə bu qənaətlə dövlət 4 ilə şəhid ailələrinə olan borcunu tam bağlaya bilər. 10-15-20-25 ildir deputatdırlar, qoy bundan sonra millətə pulsuz xidmət etsinlər. O pulu da yönəltsinlər şəhid ailələrinin 20 ildir, verilməyən qanpulunun (hər ailəyə 11 min manatdır) ödənilməsinə. Cəbhədə hər iki ayağını itirmiş 18 yaşlı əsgərə 75 manat verilməsinə səs verən adamlara pul düşmür! Şəhid ailəsinin 200 manatın ümidinə buraxılmasına səs verən deputata pul düşmür”.

BakiPost.az jurnalistin bu təklifinə deputatlardan bəziləninin münasibətini öyrənib.

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Zahid Oruc düşünür ki, deputatın maaşının ilk növbədə qabardılması onun xalq təmsilçisi olmasıyla bağlıdır: 

“İnsanların rəyi müxtəlif ola bilər. Bir rəyə görə kimisə qınamıram. Deputatlara da münasibət mənfi və ya müsbət ola bilər. Onların fəaliyyətinə insanların subyektiv dəyərləndirməsi var. Bu da bir fikirdir, Amma hüquq başqa şey deyir. Belə ki, bəlli bir statusu olan insanlara dövlət tərəfindən müəyyən vəsait ödənilməli, köməkçi təyin olunmalıdır. Hazırda kimsinə bunu keyfiyyətsiz yerinə yetirdiyini, öz işini vicdanla edib-etmədiyini seçicinin öhdəsinə buraxmaq lazımdır. Seçicinin özü bunu qiymətləndirər. Amma bütövlükdə bunun qadağan olunması hüquqa uyğun olmadığı üçün müzakirəsini aparmaq doğru deyil”.

F. Mustafa hesab edir ki, deputatlar bu çıxışları diqqətdə saxlamalıdırlar: “Digər deputatlar da bu cür insanların açıqlamalarını hər halda nəzərə alıb daha fəal olmalıdırlar. İnsanlara kömək etməlidirlər. Ən azından aldıqları maaşın halallığını əldə etməlidirlər. Həmçinin aldıqları maaşa görə heç olmasa minnətdar olduqları seçiciyə xidmət etsinlər. Əsas prinsip budur. İnsanların hamısı bunu eyni dərəcədə dərk etməlidir. Bu cür açıqlamaların xeyri odur ki, deputatları düşünməyə vadar edir”.

Millət vəkili vurğulayıb ki, deputatların maaşlarının alınıb şəhid ailələrinə və vətən uğrunda əlil olanlara verilməsi ilə bağlı deyilənlər bir az populizmdir: “Çünki pulu dövlət öz büdcə imkanları hesabına verməlidir. Ona qalsa, sosializmdə də Lenin inqilab edəndə dedi ki, burjuaziyanın pulu alınıb fəhləyə verilməlidir. Sonra da həmin pulu öz ciblərinə qoydular. Ona görə də belə populist yanaşmalar artıq yüz il bundan öncənin aktual çağırışları idi. Müasir dövrdə və müasir kapitalizm cəmiyyətində hamının pul qazanması üçün normal şərait yaratmaq lazımdır. Dövlət özünün maksimum imkanlarından istifadə edib onlara dəstək verməlidir. Onlar vətən uğrunda vuruşduğu üçün dövlət də onlara dəstək verməlidir”.