Millət vəkilləri Masallıda şəhid ailələrini ziyarət etdilər – FOTOLARbackend

Millət vəkilləri Masallıda şəhid ailələrini ziyarət etdilər – FOTOLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Millət vəkilləri Anar İsgəndərov və Məşhur Məmmədov Masallı rayonunda şəhid ailələrini ziyarət ediblər.

 Asiya.az xəbər verir ki, millət vəkilləri ilk olaraq rayonun Ağakişibəyli kəndində 44 günlük Vətən

Müharibəsi zamanı şəhidlik zirvəsinə ucalan Ramazan Vəliyevin ailəsini ziyarət etdilər.

Sonra deputatlar rayonun Qarğalıq kəndindən olan şəhid Rəfail Hüseynovun evində olub, ailə üzvləri ilə görüşüblər.

Hər iki şəhid ailəsinin sosial durumu, problemləri ilə maraqlanan deputatlar onlara övladlarının şəhadət məqamına yüksəlməsinin bir ili ilə əlaqədar başsağlığı veriblər.

Millət vəkili Məşhur Məmmədov Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan tarixi Qələbədən, ordu-xalq birliyindən, şəhidlərimizin qanının yerdə qalmadığından söhbət açaraq, “şəhidlərimiz bizə əyilən vüqarımızı qaytardılar. Onlar təkcə valideynlərinin yox, hamımızın övladıdır. Bizə Qələbə sevincini yaşadan şəhidlərimizin xatirəsi xalqımızın qəlbində əbədi yaşayacaq. Onlar qısa ömürlərini ləyaqətlə, şərəflə başa vurdular. Vətən üstündə, haqq üstündə şəhid oldular. Biz onlara borcluyuq.” – bildirmişdir.

Millət vəkili Anar İsgəndərov Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda Şanlı Ordumuzun qalib gəldiyi 44 günlük Vətən müharibəsi haqqında danışaraq bildirib ki, ötən il sentyabrın 27-dən başlayan, işğal altındakı ərazilərimizin azad edilməsi ilə nəticələnən Vətən müharibəsi tariximizin yeni səhifəsinə çevrilib.

Qalib Azərbaycan xalqı Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin ətrafında sıx birləşərək dünyaya gücünü, qüvvətini göstərdi. Vətən müharibəsi ölkəmizin həyatında yeni tarixi mərhələnin gözəl günlərə aparan böyük yolun, yeni dövrün başlanğıcıdır. Bu gün böyük qürur və fəxr hissi duyuruq ki, möhkəm təməlləri xalqımızın xilaskarı, Ulu Öndərimiz Heydər Əliyev tərəfindən qoyulan müasir, müstəqil Azərbaycan Respublikası Ulu Öndərin varisi Prezident İlham Əliyevin çevik siyasəti, müdrik qərarları sayəsində qüdrətli bir dövlətə çevrildi.