Millət vəkilindən Mikayıl Cabbarova: “Əhalini narahat edən əsas məsələ qiymət artımıdır”backend

Millət vəkilindən Mikayıl Cabbarova: “Əhalini narahat edən əsas məsələ qiymət artımıdır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Milli Məclisdəki büdcə müzakirələrində deputat Vahid Əhmədov İqtisadiyyat naziri Mikayıl Cabbarova müraciət edib.

TİA.AZ xəbər verir ki, deputat qiymət artımı məsələsinə toxunub.

“Mikayıl müəllim, əhalini narahat edən əsas məsələ qiymət artımıdır. Azərbaycan bazarlarında qiymət günbəgün artır. Biz maaş, pensiyaları nə qədər artırsaq, qiymət artımını üstələyə bilməyəcəyik. Ona görə də qiymət siyasətilə bağlı ciddi addımlar atmalıyıq”,- deyə deputat bildirdi.

Bundan əlavə, V.Əhmədov gündəlik tələbat mallarına və digər məhsullara da 18 faizlik ƏDV-nin tətbiqini düzgün saymadı, məsələyə baxılmasını xahiş etdi.