Millət vəkili Məşhur Məmmədov Qurban bayramı münasibəti ilə şəhid ailələrini ziyarət etdibackend

Millət vəkili Məşhur Məmmədov Qurban bayramı münasibəti ilə şəhid ailələrini ziyarət etdi

TİA.AZ Masallınınsəsi.az a isdinadən xəbər verir ki,  Masallı rayon, 70 saylı seçki dairəsinə daxil olan ərazilər üzrə 66 şəhid ailəsinə Azərbaycan Respublikasının Milli Məclisinin Deputatı Məşhur Məmmədov tərəfindən Qurban bayramı münasibəti ilə, bayram sovqatı verildi.Millət Vəkili Məşhur Məmmədov şəhid ailələri ilə ayrı-ayrılıqda görüşmüş,onların hər birinə baş sağlığı verməklə, bayramlarını təbrik etmişdir.Görüşlərdə şəhidlərimizin əziz xatirəsi yad edilmiş, barələrində xoş təəsüratlar danışılmışdır.

Qeyd olunub ki, bu gün dövlətimiz vətənimizin bütövlüyü uğrunda canından keçmiş şəhidlərin ailələrinə, həmçinin müharibə əlillərinə böyük diqqət və qayğı ilə yanaşır və bu cəmiyyətimiz tərəfindən məmnunluq hissi ilə qarşılanır. Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin əsas istiqamətlərindən birini şəhid ailələrinin, müharibə veteranları və əlillərinin sosial müdafiəsinin gücləndirilməsi, onların problemlərinin vaxtında həllinə nail olunması və hər cür diqqət və qayğı ilə əhatə olunması təşkil edir. Bu, dövlət səviyyəsində şəhidlərə, müharibə əlillərinə və onların ailə üzvlərinə dərin hörmət və ehtiramın göstəricisi və əyani təzahürüdür.

Məşhur Məmmədov qeyd edib ki, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsini və adını uca tutmaq, əbədiləşdirmək, onların yaxınlarına, doğmalarına, ailə üzvlərinə diqqət və qayğı göstərmək bizim hər birimizin vətəndaşlıq borcumuz və ən əsas vəzifəmizdir.   Ənənəyə sadiq olaraq, şəhidlərin doğum günləri ilə əlaqədar şəhid ailələri ilə görüşlər davam etdirilir. Ölkə Prezidenti İlham Əliyev cənabları Milli Məclisdəki çıxışında bildirmişdir ki,hər bir Millət Vəkili xalqın dərdinə şərik olmalı,onlarla bir olmalıdır. Buna görədə,Millət Vəkili Məşhur Məmmədova işində uğurlar diləyirik.

Mərhəmət Lələyev

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki