Millət vəkili: “Görün Prezidentə necə müraciətlər olunur ki…”backend

Millət vəkili: “Görün Prezidentə necə müraciətlər olunur ki…”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Onların istəkləri, görünür, orada daha çox torpaq əldə etmək, özləri üçün firavan həyat, yaxud da iş şəraiti yaratmaqdan ibarət olub”.
Bunu açıqlamasında Milli Məclisin deputatı Tahir Kərimli Prezident İlham Əliyevin Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovu və Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyevi sərt tənqid etməsi ilə bağlı çıxışına aydınlıq gətirərkən deyib. Onun sözlərinə görə, 300 hektar sahəsi olan Şuşada heç kəsə imkan verilməməlidir ki, orada özünün subyektiv istəklərinə uyğun işlər görsün:
“Prezident bizi ürəkləndirərək dedi ki, elə məsələlər var, bir başa xalqa deyilməlidir. Həqiqətən də Prezident bir sıra məsələləri dedi. Bəzən nazirlər, struktur rəhbərlər özlərini toxunulmaz kimi aparırlar, onların həyat tərzi haqqında, yaxud da Prezidentlə onların arasındakı münasibət haqqında cəmiyyətdə hər hansı bilgi yox idi. Prezident bu mexanizmi açıqladı. Eyni zamanda burada neqativ cəhətləri də önə çıxardı. Prezident bildirdi ki, “Şuşanı mədəniyyət paytaxtı etmişəm, məmurların paytaxtı deyil”. Prezident məmurların Şuşaya can atması, orada əhali olmadan özlərinin strukturlarını, sərhəd zonası omadan sərhəd zastavası yaratmaq istəmələri və digər anormal hərəkətlərini kəskin tənqiq elədi və bildirdi ki, hər kəs öz işi ilə məşğul olsun. Əlbəttə, Qarabağada görüləsi işlərimiz çoxdur. Həmin strukturların rəhbərləri bölgədə quruculuq işləri ilə məşğul olmalıdır”.
Deputat bildirib ki, məmurlar Prezidentin tənqidindən nəticə çıxaracaq:
“Görün Prezidentə necə müraciətlər olunur ki, deyir, “məni əsəbiləşdirməsinlər”. Əgər prezidenti əsəbiləşdirəcək həddə təkliflər varsa… Görün nə dərəcədə anormal təkliflər səsləndirilir. Yəni, hər bir halda hələ ki, orada əhali yaşamır. Orada ancaq hərbçilərdir. Əhali köçəndən sonra başqa infrastrukturlar da yaranacaq”.
Qeyd edək ki, Prezident İlham Əliyev Azərbaycan Televiziyasına verdiyi müsahibədə yüksək çinli məmurların Şuşaya maraq salmasından da danışıb. Dövlət başçısı müsahibəsində fövqəladə hallar naziri Kəmaləddin Heydərovu və Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyevi sərt tənqid edib.