Tribuna İnformasiya Agentliyi

Millət vəkili evini tələb edir

08 Dekabr

“Yəqin xatırlayırsınız ki, vaxtı ilə deputatlar və digər kateqoriyadan olan insanlar üçün mənzillər tikilirdi.  

“Yəqin xatırlayırsınız ki, vaxtı ilə deputatlar və digər kateqoriyadan olan insanlar üçün mənzillər tikilirdi. 

Baş nazir Artur Rasizadənin 2006-cı ildə verdiyi sərəncamı ilə konpensasiya verilmək şərti ilə yüksək məbləğdə dövlət vəsaiti hesabına deputatlar üçün binaların tikilməsi nəzərdə tutulmuşdu”.

TİA.AZ xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Bəxtiyar Əliyev deyib. Bəxtiyar Əliyev deputatlar üçün tikilməsi nəzərdə tutulan evlərə ayrılan vəsaitin hara xərcləndiyini soruşub:

“Üstündən 10 il keçib və o şirkətlərə dövlət büdcəsindən milyonlarla vəsait ayrılıb. Amma 10 il keçməsinə baxmayaraq, şirkət hələ də mənzilləri tikib verməyib. Ona görə də mən Baş nazirə buradan müraciət edirəm ki, sizin sərəncamınızla ayrılmış vəsaitdən 10 il keçməsinə baxmayaraq, bu istiqamətdə iş görülmür. Çünki o insaların bu mənzillərə ehtiyacları var. Nədənsə bu məsələ bu günə qədər öz əhllini tapa bilmir”.

Spiker Oqtay Əsədov deputat Bəxtiyar Əliyevə cavabında bildirib ki, siz 2002-ci ildə deputatlar üçün tikilin mənzillərdən danışırsınız: “Orada növbədə olan deputatların 80 faizi ya pullarını, ya da mənzillərini alıblar. İndi də binanı başa çatdırırlar. Bina başa çatan kimi kimin orada mənzili varsa, onu da alacaq. Orada problem olmayıb”.