Millət vəkili :”Bayram günlərində rayonlara gediş-gəlişə imkan vermək lazımdır”backend

Millət vəkili :”Bayram günlərində rayonlara gediş-gəlişə imkan vermək lazımdır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Bayram günlərində rayonlara gediş-gəlişə imkan vermək lazımdır”.
Bunu açıqlamasında Milli Məclisin deputatı Fazil Mustafa deyib. Onun sözlərinə görə, bu, həmin günlərdə şəhərin bir az yüngülləşməsinə səbəb olardı:
 
“Bayram günlərində insanların qarşısını almaq olmur. Yas və başqa məclislərdə karantin qaydalarına ciddi əməl olunmur. Amma bütövlükdə elə etmək lazımdır ki, vətəndaşların hədsiz sıxıntılara düşməsinə imkan verilməsin. Əgər epidemioloji vəziyyət kəskinləşərsə, sərtləşdirilməyə gedilməlidir. Amma bu məsələdə məhdudiyyətlər doğru istiqamətdə qoyulmalıdır ki, vətəndaşlar çox ciddi problemlər yaşamasınlar. Ona görə də məhdudiyyətlər məsələsi çox önəmlidir”.
Fazil Mustafa onu da qeyd edib ki, iş yerlərinin qapanması məsələsinə ehtiyatla yanaşmaq lazımdır.