backend

Millət vəkili 9 ailəni sevindirdi – Foto

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qənirə Paşayeva Tovuzda fiziki imkanları məhdud sakinləri ziyarət edib, onların problemləri ilə maraqlanıb. 

Qənirə Paşayeva Tovuzda fiziki imkanları məhdud sakinləri ziyarət edib, onların problemləri ilə maraqlanıb.

TİA.AZ xəbər verir ki, millət vəkilinin xahişi ilə Gəncliyə Yardım Fondu fiziki və sağlamlıq imkanları məhdud 9 ailəyə əlil arabası verib.

Q.Paşayeva fiziki imkanları məhdud ailələrinin problemlərinin həlli istiqamətində də müvafiq qurumlarla müzakirələr aparıb, eyni zamanda, Tovuzun kəndlərini ziyarət edib, sakinlərlə görüşüb, onların müraciətlərinin dinləyib.

Müraciətlər daha çox iş, xəstəliklərin müalicəsi, ünvanlı sosial yardım və xəstəliyə görə əlillik pensiyası almaqla bağlı olub.

Millət vəkili görüş zamanı ona müraciət edən xəstələrin yüksək səviyyəli müalicə və əməliyyatı üçün Səhiyyə Nazirliyi ilə əlaqə saxlayaraq, onların Bakıda və ya rayon Mərkəzi Xəstəxanasında yerləşdirilməsini təşkil edib.

Bundan başqa, təhsil, elektrik və su təminatı sahəsi ilə bağlı da xeyli müraciətlər olub ki, millət vəkili onların həlli istiqamətində müvafiq qurumlarla danışıb.
 

Q.Paşayeva sakinlərin qayğı və problemlərini dinləməklə yanaşı, onların qanunvericiliklə hansı haqlara malik olmalarını izah edib.

Millət vəkili kəndlərdə bir sıra şəhid ailələri və müharibə əlilləri ilə də görüşüb, onların qayğıları ilə maraqlanıb.