Tribuna İnformasiya Agentliyi

Millətçilər Leninin heykəlini buldozerlə uçurdular – Hindistanda

06 Mart
Hindistanın şimal-şərqindəki Beloniya şəhərində naməlum şəxslər Vladimir Leninin heykəlini buldozerlə uçurub.
Hadisə millətçi partiyanın yerli seçkilərdə qalib gəlməsindən 2 gün sonra baş verib.
Qeyd olunur ki, bölgədə uzun müddət Kommunist partiyası hakim partiya olub.
Hindistanda paytaxt Dehli də daxil olmaqla, Leninin bir neçə heykəli mövcuddur. Beloniya şəhərindəki heykəl keçmiş SSRİ rəhbərinin Hindistanda uçurulan ilk heykəli olub.