Tribuna İnformasiya Agentliyi

Millət vəkili Malta, Laos və Kambocanın qadın nazirləri ilə görüşdə Qarabağdan danışıb

17 May

Millət vəkili, siyasi elmlər doktoru Q.Paşayeva Maltanın Bərabərlik və Avropa Məsələləri üzrə naziri Helene Dalli, Kambocanın Qadın məsələləri üzrə dövlət katibi Chan Sorey, Laosun Qadınlar Birliyinin nazir müavini Bouachanh Syhanath ilə görüş zamanı onlara Azərbaycanla bağlı, ölkəmizin 1-ci vitse-prezidenti Mehriban Əliyeva başda olmaqla Azərbaycan qadınlarının cəmiyyətdə rolu ilə bağlı danışıb, Qarabağ həqiqətləri ilə bağlı məlumatlar verib. Millət vəkili Qənirə Paşayeva görüş zamanı 1 milyon azərbaycanlının, yüz minlərlə azərbaycanlı qadının Ermənistanın işğalı nəticəsində öz yurd-yuvalarından qaçqın və məcburi köçkün düşməsi və onların fundamental insan haqlarının bu gün də Ermənistan tərəfindən pozulmaqda davam etməsi barədə məlumatlar verib. Millət vəkili Q.Paşayeva ölkələrimizin fəal qadınlarının əməkdaşlığının genişlənməsinin önəmindən də danışıb və fikir mübadiləsi olub. Millət vəkili Q.Paşayeva görüşün sonunda Maltanın Bərabərlik və Avropa Məsələri üzrə naziri Helene Dalli, Kambocanın Qadın məsələləri üzrə dövlət katibi Chan Sorey, Laosun Qadınlar Birliyinin nazir müavini Bouachanh Syhanath-a Azərbaycan mədəniyyəti ilə bağlı hədiyyə və materialları təqdim edib. Görüşdə Regional Hüquqi və İqtisadi Maarifləndirmə İB-nin rəhbəri Arzu Bağırova və gənc fəal Röyalə Şirinova iştirak ediblər.

TİA.AZ