Tribuna İnformasiya Agentliyi

Millət vəkili Birləşmiş Ərəb Əmirlikləri, Tuvalu, Nauru və Filippinin qadın nazirləri ilə Qarabağdan danışıb

18 May

Millət vəkili Q.Paşayeva BƏƏ-nin dövlət naziri Maitha Əl Şəmsi, Tuvalunun xarici işlər naziri hon.dr.Puakena Boreham, Naurunun təhsil, daxili işlər, səhiyyə və torpaq idarəetməsi məsələləri üzrə naziri Şarmen Skotti, Filippinin keçmiş xarici işlər naziri Delia Dominqo-Albert ilə görüşüb və görüş zamanı onlara Azərbaycanla bağlı, ölkəmizin 1-ci vitse-prezidenti Mehriban Əliyeva başda olmaqla Azərbaycan qadınlarının cəmiyyətdə rolu ilə bağlı danışıb, Qarabağ həqiqətləri ilə bağlı məlumatlar verib. Millət vəkili Qənirə Paşayeva görüş zamanı 1 milyon azərbaycanlının, yüz minlərlə azərbaycanlı qadının Ermənistanın işğalı nəticəsində öz yurd-yuvalarından qaçqın və məcburi köçkün düşməsi və onların fundamental insan haqlarının bu gün də Ermənistan tərəfindən pozulmaqda davam etməsi barədə məlumatlar verib. Millət vəkili Q.Paşayeva ölkələrimizin fəal qadınlarının əməkdaşlığının genişlənməsinin önəmindən də danışıb və fikir mübadiləsi olub. Millət vəkili Q.Paşayeva görüşün sonunda BƏƏ-nin dövlət naziri Maitha Əl Şəmsi, Tuvalunun xarici işlər naziri hon.dr.Puakena Boreham, Naurunun təhsil, daxili işlər, səhiyyə və torpaq idarəetməsi məsələləri üzrə naziri Şarmen Skotti, Filippinin keçmiş xarici işlər naziri Delia Dominqo-Albertə Azərbaycan mədəniyyəti ilə bağlı hədiyyə və materialları təqdim edib.

TİA.AZ