Mikayıl Müşfiqin qalıqlarının tapılması üçün aparılan araşdırmalar nə yerdədir? – VİDEObackend

Mikayıl Müşfiqin qalıqlarının tapılması üçün aparılan araşdırmalar nə yerdədir? – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Repressiya qurbanı olmuş dahi şair Mikayıl Müşfiqin qalıqlarının tapılması məqsədilə bir müddətdir ki, aparılan araşdırmalar hələ də davam etdirilir.

Bunu ”Xəzər Xəbər”ə açıqlamasında Səhiyyə Nazirliyinin Məhkəmə -Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin direktoru Ədalət Həsənov bildirib.

Onun sözlərinə görə, sümük müayinələrinin gətirilməsi hələ davam edir.

O əlavə edib ki, bir müddət əvvəl paytaxtın Qaradağ rayonu, Puta qəsəbəsi ərazisindəki qəbiristanlıqda Mikayıl Müşfiqə aid olduğu iddia edilən sümüklərin ekspertizası aparılıb və məlumat öz təsdiqini tapmayıb.

Xatırladaq ki, Prezident İlham Əliyev Mikayıl Müşfiqin qalıqlarının tapılması haqqında kütləvi informasiya vasitələrində yayılan materialların araşdırılması ilə bağlı Milli Elmlər Akademiyası, Səhiyyə, Mədəniyyət nazirlikləri və digər əlaqədar qurumların nümayəndələrindən ibarət işçi qrupun yaradılması barədə göstəriş vermişdi.

TİA.AZ mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: