MİKAYIL CABBAROV “WORLD TELECOM”U TƏCİLİ ARAŞDIRMAĞA ÇAĞIRILDI – FOTObackend

MİKAYIL CABBAROV “WORLD TELECOM”U TƏCİLİ ARAŞDIRMAĞA ÇAĞIRILDI – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Müştəri Fərhad Qeysərzadə “World Telecom” mağazalar şəbəkəsini ifşa edib və İqtisadiyyat Nazirliyini araşdırma aparmağa çağırıb. TİA.Az vətəndaşın şikayətini təqdim edir:

“Hər birimizin çox yaxşı tanıdığı, etimad etdiyi WorldTelecom -da nə tarixinə, nə də brendinə yaraşmayan bir hadisəni təsvir edim sizə. Qeyd etdiyim kimi, bizim WorldTelecom- la bağlı hər zaman təəssüratlarımız çox müsbət olub. Bütün dost tanışıma da məsləhət bilmişəm. Hətta bir-neçə ay öncə ailə üzvümə də telefon aldıq. Nərimanov filialında bizi çox xoş qarşıladılar və razı yola saldılar.

Lakin, son 4 gündə World Telecom-la bağlı yaşadığımız təcrübə bizdə onlarla bağlı bütün müsbət fikirləri yanıltdı.

Deməli, daha əvvəl telefon aldığımız World Telecom Nərimanov filialındakı əməkdaşlara zəng vurduq. Bir ədəd Iphone 13 pro max, bir ədəd AirPods 3 və bir ədəd Apple Watch 7 məhsulunu almaq istədiyimizi və 3-ünü də alacağımız təqdirdə bizə nə qədər endirim edəcəklərini soruşduq. Onlar da öz endirim təklifini etdilər. Daha sonra, iş yerimə yaxın olduğu üçün başqa filiala yaxınlaşdım (hörmət əlaməti olaraq filial yerini paylaşmıram). Və nəhayətində, bizə yenə eyni qiymət təklifi etdilər. Müəyyən səbəblərə görə təxirə saldım. Keçən həftə yenə yaxınlaşdım, xanım dediki bəs filial müdiri özü burdadır. Filial müdüri özü müzakirə apardı və qiymətdə razılaşdıq. Növbəti gün 3 məhsulu da aldıq. Məhsulu aldıqdan sonra, telefonu açdım. Təsadüfən bir dostum məsləhət gördü ki , bəs Iphone-larda nə telefon nə zaman aktiv olunub, o tarixə baxmaq lazımdır. Sistemdən yoxladıq , telefonun aktiv olunma tarixini 4 gün əvvəldən göstərdi. Filial müdirinə zəng vurduq, bunun səbəbini soruşduq o da “bizdə anbarda aktiv olunur” cavabını verdi. World Telecom- olan etimadımız səbəbilə inandım və məsələnin dərininə getmədim. Amma, daha sonra bir az da araşdırdıq, burdaki qruplarda, Apple-ın rəsmi saytında, Azərbaycanda rəsmi resellerləri və xidmət mərkəzləri ilə əlaqə qurduq hamısının verdiyi cavab bu oldu ki “Telefon siz aldığınız tarixdə aktiv edilməlidir” . Bu bizi çox təəssüfləndirdi təbii ki. Daha sonra AirPodsun qarantiya tarixinə baxdıq sistemdə, o da növbəti il bizim aldığımız tarixdə yox, 17 gün əvvəldən bitir. Bununla da, bizim onlara olan etimadımız tam sarsıldı. Yaxınlaşdıq həmin filiala və bizə 3 məhsulu qaytara bilməyəcəklərini dedilər. Sadecə telefonu qaytara biləcəklərini bildirildilər. Sonra fikrini dəyişdi müəllim (filial müdiri), “vopşi telefonu da qaytarmıram” söhbəti başladı. İndi siz təsəvvür edin, 3 məhsul alırsız, 1 gün sonra onlardan ikisinin daha öncədən aktiv edildiyini öyrənirsiz. Və məsələni böyütmədən, yaxınlaşıb aldığınız 3 məhsulu da qaytararaq söhbəti bağlamaq istəyirsiz. Halbuki, əslində, daha öncədən aktiv edilmiş məhsulu satmaq ciddi qanun pozuntusudur! Və yekun olaraq sizə bildirilir ki “Qaytarmırıq. Sadəcə birini qaytara bilərik, yoxsa biz ziyan etmiş oluruq”.

Mənə maraqlı olan, növbəti günlərdə WorldTelecom rəhbərliyinin və Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti -nin verəcəyi reaksiyadır.

TİA.Az