MİDA YENİ EVSİZLƏRİ ÜMİDSİZ QOYDU – İNDİ KİMDİR GÜNAHKAR?backend

MİDA YENİ EVSİZLƏRİ ÜMİDSİZ QOYDU – İNDİ KİMDİR GÜNAHKAR?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mənzil İnşaatı Dövlət Agentliyi bu dəfə də evsizlərin arzusunu ürəyində qoydu. Qeyri-müəyyən səbəbləri bəhanəyə çevirən qurum bu dəfə daha da irəli gedərək vətəndaşları 2018-ci ilə qədər gözləməyə çağırdı.
Məsələ ilə bağlı agentliyin fəaliyyətini bir neçə dəfə kəskin şəkildə tənqid edən deputat Rüfət Quliyev TİA.Az-a bildirdi ki, MİDA satışla yox, tikinti ilə məşğuldur. Onun sözlərinə görə, satışla başqa qurum məşğul olduğuna görə bu dəfə problem həmin o “başqa” qurumdadır.

 


Sözügedən başqa qurumun sorağı ilə Azərbaycan İnternet Formunun Prezidenti Osman Gündüzə üz tutduq. Osman bəy bildirdi ki, bu dəfə həqiqətən də MİDA-lıq bir şey yoxdur:
“Məhz bugünki satışın baş tutmaması 100 % MİDA ilə bağlı deyil. Ancaq biz MİDA-da olan ümumi problemlərlə bağlı çox təkliflər vermişik. Satış prosesinə az qalmış eGov Mərkəzin rəsmi nümayəndəsinin rəsmi açıqlama verib problemin MİDA-da deyil, Asan Logində olmasını bildirərkən rəngi qaçmış və bir qədər də yazıq görkəmdə olan MİDA nümayəndələrini “xilas” etməsini müşahidə etdik. Anlaşılmaz odur ki, nə üçün dövlət resursuna ola biləcək təhdid, kiber hücum öncədən nəzərə alınmayıb?”

Əslində qurum nəinki bu satışda elə bundan öncəki fəaliyyətində də bir çox şeyləri nəzərə almayıb. Azər Məmmədov adlı vətəndaşın öz sosial şəbəkə hesabında paylaşdığı bu araşdırması da qurumun çoxillik fəaliyyətsizliyinin bariz nümunəsidir:

“Bu gün MİDA Mənzil İnşaatı Dövlət Agentliyində tam şəffaf şəkildə mənzillərin satışını keçirməyə cəhd etdi. Amma müəyyən səbəbdən bu dəfə də bir neçə milyon manatlıq dəyərində şəffaf qurumun işi çökdü. Rəsmi səhifəsi https://www.mida.gov.az/az/ olan bu qurumun xəbər lentinində çökmə xəbərin çıxacağını gözləyərkən, arxivinə baxdım. Maraqlı xəbər hesab etdiyim bir neçəsini sizinlə bölüşmək istədim. Bəlkə də axtarsam, başqaları ilə də qarşılaşardım. Amma bu da qurum haqqında rəyin formalaşmasına bu qədər də kifayət edər.
1. 07.05.2018-ci il tarixində Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) 260 mənzilin satışını həyata keçirdi. Sistem çökdü.
2. 5.12. 2018-ci il tarixində MİDA saat 11:00-də 324 mənzilin satışını həyata keçirməliydi, sistem işləmədi, vaxtı 15:00-a dəyişdilər. O zaman da seçim aparmaq olmadı. Mənzillərin satıldığı elan edildi.
3. 30.03.2022-ci il tarixində Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) 442 güzəştli mənzilin satışını cəmi 2 saniyəyə yekunlaşdırdı. Böyük etirazlara səbəb oldu. Məsələyə DTX qarışdı, nəticələr ləğv edildi.
4. 15.09.2022-ci il tarixində, Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) tərəfindən keçirilən “Güzəştli mənzillər”in satışı ilə bağlı sistemdə probemlər yaranıb.
Saat 11:00-da başlamalı olan seçim prosesində sistemə giriş mümkün olmayıb. İstifadəçilər mənzil seçimi edə bilməyiblər. Rəsmi cavab: “İstifadəçilərin sayı həddən artıq çoxdur”.

Aytac

TİA.Az