MİDA SƏDR MÜAVİNİ QAYDANI KOBUD POZDU, CƏRİMƏ YEDİ – FAKTbackend

MİDA SƏDR MÜAVİNİ QAYDANI KOBUD POZDU, CƏRİMƏ YEDİ – FAKT

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) idarə heyətinin sədrinin müavini, həmçinin həmin Agentliyin Müşahidə Şurasının sədri vəzifəsində çalışan Çingiz Qədimov yol hərəkəti qaydasını pozduğu üçün cərimələnib. TİA. Az xəbər verir ki, Ç. Qədimova aid 10-GY-555 qeydiyyat nişanlı “BMW X7” markalı avtomobil paytaxtın Ziya Bünyadov prospektində yolun əks istiqamətinə çıxaraq kobud şəkildə yol hərəkəti qaydasını pozub.
Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsi ilə 4 bal və 100 manat məbləğində protokol tərtib olunub. Bu haqda Bakı şəhər Dövlət Yol Polis İdarəsi məlumat yayıb. Qeyd edək ki, dövlət məmurları vətəndaşlara nümunə olmalıdırlar. Amma onlar bir çox hallarda qanunu pozmaqla pis örnək kimi ad çıxarırlar. Onların belə müştəbeh, özündənrazı hərəkətləri heç də xoş görünmür, ikrah hissi yaradır. Görünür, məmurlara həm istefa, həm sürücülük mədəniyyəti ilə bağlı təlimlər keçirilməlidir. Ç. Qədimov isə MİDA sədr müavinidir, artıq adı qanunu pozmaqla cəmiyyətə tanış olur. Yeri gəlmişkən, bu qurumun mənzillərin satışında qeyri-şəffaflığa yol verdiyi haqda iddialar var. Bir dəqiqə içində 500 mənzil satan qurumun bu işi necə icra etdiyi, İT mütəxəssisləri ilə müştərək oyun qurduğu barədə məlumatlar dolaşır. Bu haqda ayrıca araşdırma aparırıq.

TİA. Az