MİDA-dan 85 milyonluq sifariş alan şirkət – «HN Construction» MMC hansı tenderləri udur? – SİYAHI, MƏBLƏĞLƏRbackend

MİDA-dan 85 milyonluq sifariş alan şirkət – «HN Construction» MMC hansı tenderləri udur? – SİYAHI, MƏBLƏĞLƏR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda dövlət tenderlərindən böyük hissəsini əldə edən daha bir şirkət  – əsl “tender çempionu” aşkar edilib.

FED.az xəbər verir ki, bu – «HN Construction» MMC-dir (VÖEN: 1304302851).

Sözügedən şirkət iştirak etdiyi dövlət tenderlərindən 88 milyon 528 min 835 manatlıq sifariş qazanıb. Şirkət bu sifarişləri cəmi 7 tenderlə əldə edib – bir tenderin orta qiyməti 12 milyon manatdır.

«HN Construction» MMC-nin bütün tenderləri “MİDA” MMC-dən qazanıb. Şirkət 7 tenderlə bu qurumdan 88,5 milyon manatdan çox sifariş əldə edib.

Qeyd edək ki, şirkət əsasən yaşayış evlərinin, binaalrın tikintisi və avadanlıqlarla təchiz edilməsi işlərinin satın alınması işləri üzrə xidmət göstərir.