“Microsoft”un ardınca PayPal və eBay Rusiyada fəaliyyətini dayandırdıbackend

“Microsoft”un ardınca PayPal və eBay Rusiyada fəaliyyətini dayandırdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
PayPal ödəniş xidməti və eBay ticarət platforması Rusiyada işini dayandırıb. TİA.AZ xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Agentlik qeyd edir ki, hər iki şirkət belə bir qərarı Rusiyanın Ukraynada keçirdiyi “hərbi xüsusi əməliyyat”a cavab olaraq qəbul edib. eBay platforması martın 3-dən etibarən Rusiya Federasiyası və Ukraynaya beynəlxalq çatdırılmanın dayandırıldığını elan edib, ruslar isə hələ də PayPal hesablarından pullarını çıxara bilərlər.
eBay malların çatdırılmasında fasilələrlə üzləşə biləcək alıcı və satıcıları qorumaq üçün belə tədbirlər gördüklərini vurğulayıb.
Bundan əvvəl Microsoft Rusiya-Ukrayna münaqişəsinin kəskinləşməsi ilə əlaqədar Rusiyada məhsul və xidmətlərinin satışını dayandırdığını açıqlamışdı.
Bu arada Rusiya hakimiyyəti lisenziyasız proqram təminatından istifadəyə görə məsuliyyətin ləğvini müzakirə edir.