Tribuna İnformasiya Agentliyi

“Microsoft” serverləri eksperiment üçün dənizdə batırılıb

08 İyun

“Microsoft” korporasiyasının mütəxəssisləri dəniz suyu ilə soyutmanın səmərəliliyini müəyyənləşdirmək məqsədilə Şotlandiya sahili yaxınlığında 864 serveri dənizdə batırıblar.

TİA.AZ “Life” resursuna istinadla xəbər verir ki, mütəxəssislər tərəfindən dəniz dibinə 27,6 istilik mübadiləsi və ya 27,6 min terabayt tutumlu məlumatı özündə birləşdirən 864 serverə malik 12 dirəkdən ibarət server otağı salınıb. Bu, yüksək məhsuldarlıqlı minlərlə fərdi kompüterin informasiyasının emalı və ya yaxşı keyfiyyətli 5 milyona yaxın filmin saxlanılması üçün yetərlidir.

Korporasiya dəniz suyunun məlumat mərkəzinin serverlərindən istiliyi effektiv ayırmasını müəyyənləşdirmək niyyətindədirlər. Layihə çərçivəsində serverlər 5 il dəniz dibində qalacaq. Bu vaxt ərzində onlar ətraf dünya ilə güc kabeli və məlumatların ötürülməsi və ölçmə üçün naqillə bağlı olacaqlar. Təbii soyutmanın effektiv və eksperimentin uğurlu olacağı təqdirdə “Microsoft” korporasiyasının digər məlumat mərkəzlərinin serverlərinin də dəniz dibinə salınması nəzərdə tutulur.