MEYVƏ-TƏRƏVƏZİN QİYMƏTİNDƏ BAHALAŞMA: KƏRİMOV, AXI BU… – FOTOLARbackend

MEYVƏ-TƏRƏVƏZİN QİYMƏTİNDƏ BAHALAŞMA: KƏRİMOV, AXI BU… – FOTOLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hər il olduğu kimi bu mövsüm də bazarlarda meyvə-tərəvəz məhsullarının qiyməti “od tutub yanır”.
TİA.Az-ın əməkdaşı kənd təsərrüfatı malları satılan bir neçə ünvana baş çəkib və məlum olub ki, meyvə-tərəvəz bahalaşmaqdadır.
Hazırda pomidorun kilosu 3 manat, xiyarın kilosu 2, 40 manatdan aşağı satılmır. Bazarlarda kartofun kilosu 80 qəpik – 1 manat arası, bibər 2 manat, badımcan 3 manatdır.
Müxbirimiz öyrənib ki, meyvənin qiymətində də ucuzlaşma müşahidə olunmur. Hətta mövsümü geridə qoyan meyvələrdən – portağal, kivi belə 2,50 – 3 manatdır.
İstər marketlərdə, istər kiçik ərzaq dükanlarında, meyvə-tərəvəz satılan piştaxtalarda olsun, çiyələyin kilosu 6-7 manat, banan 2,50 manat, alma 1-1,50 manat civarındadır.
Ümumiyyətlə, qiymətlər əhali üçün əlçatmazdır. Üstəlik, pandemiya sosial şəraitə ciddi təsir edib. Amma bazarlarda nə bolluq var, nə ucuzlaşma…
Və hər il demək olar ki, meyvə-tərəvəzin qiyməti baha olur. Ancaq Kənd Təsərrüfatı Nazirliyi tərəfindən heç bir proqram, məhsuldarlığın artmasına, qiymətlərin enməsinə yönəlik hansısa addımlar görünmür.
KTN rəhbəri İnam Kərimovun bu vəzifəyə təyinatından sonra ümid olunurdu ki, innovativ addımlar atacaq, bazarlarda yerli məhsulların bolluğu ilə bahalaşmanın qarşısı alınacaq. Lakin Sarbonna təhsili almış nazir 2018-cı ildən bu yana heç bir fərqli işi ilə yadda qalmayıb.
Bu, İqtisadiyyat Nazirliyinin və Kənd Təsərrüfatı Nazirliyinin heç bir aqrar, tarif proqramı olmadığını isbat etməkdədir.
Kənd təsərrüfatı naziri İnam Kərimovun qiymətlərin dodaq uçuqladan olması ilə bağlı izahatını görmüsünüzmü? Sanki nazir son dövrlər tətilə çıxıb. Nə İsmət Abbasov, nə Heydər Əsədov dövründən fərqli bir fəaliyyət müşahidə olunur.

TİA.AZ