Məxfi Xidməti: Pandemiya zamanı fırıldaqçılar əhalinin 100 milyardını oğurlayıbbackend

Məxfi Xidməti: Pandemiya zamanı fırıldaqçılar əhalinin 100 milyardını oğurlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
ABŞ Məxfi Xidmətinin iqtisadi sahədə cinayətlərin aşkarlanması üzrə koordinatoru Roy Dotson bildirib ki, fırıldaqçılar koronavirus pandemiyası zamanı hökumətin biznes və əhaliyə dəstək üçün ayırdığı vəsaitdən 100 milyard dollardan çox vəsait oğurlayıblar.
Qaynarinfo xəbər verir ki, ilkin məlumatlara görə, oğurlanmış pulların məbləği Amerikanın biznes və vətəndaşlarına yardım üçün ayrılan ümumi vəsaitin (3,4 trilyon dollar) təxminən 3%-ni təşkil edir. Oğurlanan pulların çoxu işsizlik müavinətinə getməli olan pullardır.
“İlkin məlumatlara görə, təqribən 87 milyard dollar sui-istifadəyə xərclənib. Bu pulların böyük hissəsi belə böyük fırıldaqçıların əlinə keçib”, – Dotson bildirib.
Hazırda hüquq-mühafizə orqanları işsizlikdən sığorta və kreditlərin verilməsi sahəsində fırıldaqların yoxlanılması çərçivəsində hökumətin ayırdığı 1,2 milyard dolları dondurub.