“Mexanik” filminin aktyoru öldübackend

“Mexanik” filminin aktyoru öldü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Amerikalı aktyor Jan-Maykl Vinsent 73 yaşında vəfat edib.
Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, o, fevralın 10-da dünyasını dəyişib, lakin ölüm səbəbi indi ortaya çıxıb. Məlum olub ki, Vinsent ürəktutmasından dünyasını dəyişib.
Aktyorun uzun müddətdir spirtli içki və narkotiklə mübarizə apardığı bildirilir. 2012-ci ildə infeksiya səbəbindən onun sağ ayağı amputasiya olunmuşdu.
Jan-Maykl Vinsent bir çox məşhur seriallarda, həmçinin “Mexanik”, “Buster və Billi” və “Buffalo 66” filmlərində oynadığı rollarla məşhurluq qazanıb. Sonuncu dəfə isə 2002-ci ildə ekranlara çıxan “Ağ oğlan” filmində rol alıb.