Tribuna İnformasiya Agentliyi

Metropoliten işçilərinin peşə bayramıdır

08 Noyabr

Azərbaycan Prezidenti İlham Əliyevin 2006-cı ildə imzaladığı Sərəncama əsasən hər il noyabrın 8-i Bakı Metropoliteni işçilərinin peşə bayramı günü kimi qeyd olunur. 

Azərbaycan Prezidenti İlham Əliyevin 2006-cı ildə imzaladığı Sərəncama əsasən hər il noyabrın 8-i Bakı Metropoliteni işçilərinin peşə bayramı günü kimi qeyd olunur.

TİA.AZ-ın məlumatına görə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 iyun 2014-cü il tarixli 201 saylı Qərarı ilə 

“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin Nizamnaməsi və strukturu təsdiq edilib və 17 iyul 2014-cü il tarixində 

vergi orqanında hüquqi şəxs kimi dövlət qeydiyyatından keçib.

Kütləvi sərnişin daşınmasında şəhər əhalisi üçün mühüm əhəmiyyət daşıyan metropolitenin genişləndirilməsinin, o cümlədən 

istismar və metro tikintisi kimi mühüm sahələri vahid bir təsərrüfat kompleksində birləşdirməyin zəruriliyindən yaradılmış 

“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti təsis edildiyi tarixdən qısa müddət ərzində əmək kollektivini formalaşdıraraq, 

müəssisə qarşısında qoyulmuş vəzifələrin icrasını həyata keçirir.

Məqsədi Bakı metropoliteninin inkişaf etdirilməsindən, sərnişinlərin metro nəqliyyatında daşınmasının keyfiyyətinin 

yüksəldilməsindən, yeni metropoliten xətlərinin və stansiyalarının tikintisindən, metropolitenin maddi-texniki bazasının 

gücləndirilməsindən ibarət olan “Bakı Metropoliteni” QSC-nin əməkdaşlarının ümumi sayı 6500 nəfərə yaxınlaşır ki, bunun 

da 1500 nəfərdən çoxu metro tikintisi sahəsində çalışır.

Qeyd edək ki, dövlət başçısı İlham Əliyev Bakının nəqliyyat infrastrukturunda metropolitenə böyük əhəmiyyət verir. Bu, öz 

təsdiqini son beşillikdə metronun texniki cəhətdən təkmilləşdirilməsi, yenidən qurulması üçün investisiya vəsaitinin 

ayrılması, metronun yeni sahələrinin tikilməsi, yeraltı yolların inkişafı istiqamətində görülən tədbirlər və metronun qarşıdakı 

20 ildə inkişaf planının qəbul olunmasında tapır. Həmin plana görə, yaxın 20 il ərzində metropoliten yollarının uzunluğu 119 

kilometrə, stansiyaların sayı 76-ya çatacaq.