Metronun “8 Noyabr” stansiyasının görüntüləri – VİDEObackend

Metronun “8 Noyabr” stansiyasının görüntüləri – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakı Metropoliteninin yeni tikilən “8 Noyabr” stansiyasının görüntülər yayılıb.

TİA.AZ xəbər verir ki, video sosial şəbəkələrdə paylaşılıb.

Görüntülərdən məlum olur ki, stansiyanın platformasında işlər yekunlaşıb. Platforma Azərbaycan bayrağı ilə bəzədilib.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təşəbbüsünə əsasən, Bakı Metropoliteninin Nəsimi rayonu, Ceyhun Səlimov küçəsi, 1065-ci məhəllə ünvanında yerləşən yeni stansiyası Zəfər Günü münasibətilə “8 Noyabr” adlandırılıb.

“8 Noyabr” metrostansiyası Bənövşəyi xəttin 3-cü stansiyasıdır və Mərkəzi Klinik Hərbi Hospitalın qarşısında yerləşir (Papanin).