Metrodan istifadə edənlərə ŞAD XƏBƏRbackend

Metrodan istifadə edənlərə ŞAD XƏBƏR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bakı Metropoliteni”nin şərti adı “Xocahəsən” olan elektrik deposu və yerüstü metro stansiyasında tikinti işləri başa çatıb.

TİA.az “Report”a istinadən xəbər verir ki, bunu “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

O bildirib ki, hazırda stansiya və depoda təchizat, quraşdırma və istehsalat işləri aparılır:

“Artıq stansiya və depoda bu işlər paralel aparılır, tamamlanma işləri görülür. Sərnişin stansiyası və elektrik deposu bu ilin sonuna qədər istifadəyə veriləcək”.