Metroda sərnişinlərin sayı nədən azalıb?backend

Metroda sərnişinlərin sayı nədən azalıb?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Metrodan sərnişinlərin az istifadə etməsi sevindirici haldır. Sərnişin az olanda metroda sosial məsafə tənzimlənir”.
Bunu açıqlamasında Bakı Metropoliteninin mətbuat katibi Bəxtiyar Məmmədov metroda sərnişinlərin sayının az olmasına aydınlıq gətirərkən deyib. Onun sözlərinə görə, sərnişinlərin sayının az olmasının səbəblərindən biri Bakıya gələn qonaqların sayının az olmasıdır:
“Azərbaycanda karantin müddəti uzadılıb. Metronun sərnişinlərinin böyük qismini tədris müəssisələrinin – şagird-tələbə-müəllim heyəti təşkil edir. Bundan əlavə xüsusi karantin rejimində müəssisələrin fəaliyyətində fərdi prinsiplər tətbiq olunur. Bundan əlavə, Bakıya gələn qonaqların da sayında kifayət qədər fərq müşahidə olunur. Bu da metroda sərnişindaşımada öz əksini tapıb. Qeyd etdiyim kateqoriyadan olan insanlar metroda sərnişindaşımanın xüsusi çəkisini təşkil edir. Sərnişinlərin sayının əvvəlki illərlə müqayisədə iki dəfə az – 350-400 min olması bununla əlaqədardır.
Bəxtiyar Məmmədov deyir ki, bütün bunlar metronun maya dəyərinə təsir edən faktorlardır:
“Amma indiki məqamda insanların sağlamlığı daha vacibdir. Sərnişinlərin sayının az olması gözləniləndir”.