Metroda pilləkəndən qatarın damına tullanan gənc: “Tələsirdim”backend

Metroda pilləkəndən qatarın damına tullanan gənc: “Tələsirdim”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Moskva metrosunda stansiyalararası keçidin pilləkənlərinin məhəccərindən platformada dayanan elektrik qatarının damına tullanan 24 yaşlı tələskən gənc saxlanılıb.
Qaynarinfoxəbər verir ki, bu barədə Moskva Metrosunun Daxili İşlər İdarəsinin mətbuat xidməti məlumat yayıb.
Hadisə metronun “Dobrıninskaya” stansiyasında baş verib. Oğlan keçiddən qatarın damına tullanıb, sonra platformaya enib və sakitcə vaqona daxil olub. Onu saxlayan polis əməkdaşlarına sərnişin hərəkətini tələsməsi və bununla da vaxtı qısaltmağa çalışması ilə izah edib.
Ehtiyatsızlıq edən şəxs barəsində 11.15.1-ci maddəsinin 3-cü hissəsi ilə inzibati xəta haqqında protokol tərtib edilib. Rusiya Federasiyasının İnzibati Məcəlləsi “Nəqliyyat təhlükəsizliyi sahəsində tələblərin pozulması”. Məhkəmə onu 20 min rubl cərimələyib.