Tribuna İnformasiya Agentliyi

Metroda nikah mərasimi

31 Oktyabr

Türkiyənin İstanbul şəhərində maraqlı hadisə baş verib. Türkiyənin İstanbul şəhərində maraqlı hadisə baş verib.

TİA.AZ xəbər verir ki, Böyükşəhər bələdiyyəsi tərəfindan metro stansiyalarında nikah mərasimlərinin təşkil edilməsinə icazə verildikdən sonra ilk nikah baş tutub.

Alper Odabaş və Yeşim Demiray cütlüyü metronun Haliç stansiyasında evləniblər. Cütlük stansiyaya gəlin maşını kimi bəzədilən qatarla gəliblər.
 
Bəy açıqlamasında bildirib ki, fərqli şeyləri sevdiyi üçün belə addım atıb.