Tribuna İnformasiya Agentliyi

Metroda intihara cəhd edən kişi reanimasiyada dünyasını dəyişdi

12 Yanvar

Metroda intihara cəhd edən kişi xəstəxanada keçinib.

Bu barədə Trend-ə 3 saylı şəhər Klinik Xəstəxanasından məlumat verilib.

Xəstəxanadan bildirilib ki, səhər saatlarında metronun “Qara Qarayev” stansiyasında intihara cəhd edən kişi xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, həmin şəxsin həyatını xilas etmək mümkün olmayıb. Xəstə reanimasiyada dünyasını dəyişib.

Oxu.az isə hüquq-mühafizə orqanlarına istinadən bildirir ki, Bakı metrosunda özünü qatarın altına atmaq istəyən və xəstəxanada dünyasını dəyişən şəxs 1971-ci il təvəllüdlü məcburi köçkün Cəmil Cəlilovdur.