Metroda gedişhaqqı 50 qəpik ola bilər – AÇIQLAMAbackend

Metroda gedişhaqqı 50 qəpik ola bilər – AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
2020-ci ildə “Bakı Metropoliteni” QSC-də bir sərnişinin daşınma xərci 1,54 manat təşkil edib ki, bu da 2019-cu illə müqayisədə 1,03 manat və yaxud təxminən 3 dəfə çoxdur.

Maya dəyərində bu qədər artımın olması insanlar arasında metroda gedişhaqqının artacağı ilə bağlı suallar doğurub.

Mövzu ilə bağlı açıqlama verən iqtisadçı ekspert Natiq Cəfərli bildirdi ki, metropoliten rəhbərliyi artıq 4-5 ildir maya dəyərinin yüksək olması ilə bağlı bəyanatlar verirlər:

“Bunlar qiymətin artırılması üçün zəmin yaradılmasına bənzəyir. Çünki ən son 2019-cu ildə – pandemiyadan əvvəl metropolitenin açıqladığı rəqəm hər sərnişin üçün 50-55 qəpik idi. O zaman da sanki qiymət artımı üçün zəmin hazırlanırdı”.

Ekspert bildirib ki, indi maya dəyərinin yüksək olması təbiidir:

“Çünki metro 1 ildir işləmir, ötən il cəmi 3 ay işləyib. Maya dəyərində 3 dəfə artım bununla bağlıdır. Normal fəaliyyət göstərdiyi halda bu qədər artım da olmazdı. Lakin zaman-zaman bu tipli xəbərlər gündəmə gəlirsə, deməli, qiymət artımına zəmin hazırlanır. Metropolitendə açılışa yaxın qiymət artımının elan olunması mümkündür. Qiymətin çox artacağını düşünmürəm, ən azından gedişhaqqının 50 qəpik civarında olması böyük ehtimaldır”.