“Metro Zaur”un sevimli şirkəti: “ERG Baku”nu metropolitenlə nə birləşdirir?backend

“Metro Zaur”un sevimli şirkəti: “ERG Baku”nu metropolitenlə nə birləşdirir?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin kabel və şin bağlantılarının satın alınmasına dair bu gün keçirdiyi tenderin qalibi “ERG Baku” MMC olub. 
Qaynarinfo xəbər verir ki, satınalmanın məbləği 103 min 858 manat 76 qəpik məbləğində qiymətləndirilib.
Nizamnamə kapitalı 100 manat olan şirkət 2016-cı ildə Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ, ev 22  ünvanında qeydiyyata alınıb. MMC-nin qanuni təmsilçisi Şiriyev Tərlan Nəzərəli oğludur.
 
Şirkət yarandığı gündən indiyə kimi yalnız “Bakı Metropoliteni”nin keçirdiyi satınalmalarda qalib olub. 2019-cu ilin aprel ayının 29-dan indiyə kimi QSC ilə “ERG Baku” arasında 8 satınalma müqaviləsi bağlanıb.
İnternet resurslarında şirkətlə bağlı yalnız bir məlumata rast gəlmək olur: Koronavirusa Qarşı Mübarizə Fonduna 2 min manat ianə edib.