Metro stansiyalarında 4 günlük konsert proqramı olacaqbackend

Metro stansiyalarında 4 günlük konsert proqramı olacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bakı Metropoliteni” QSC-nin yeni ilin astanasında sərnişinlərinə təqdim etdiyi bayram sürprizlərindən biri də konsert proqramı olacaq.

“Bakı Metropoliteni”ndən verilən məlumata görə, bu proqram Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə dekabrın 30-dan yanvarın 2-nə kimi sərnişin axınının çox olduğu və şəhər mərkəzində yerləşən stansiyaların vestibüllərində təqdim ediləcək.

Konsertin təşkilində əsas məqsəd metropolitendən istifadə edən şəhər sakinləri və qonaqlarının bayram ovqatını yüksəltməkdir. Musiqi proqramına milli və klassik musiqi nümunələri daxil edilib.

Canlı musiqi milli muğam üçlüyü, dünya və Azərbaycan klassik musiqi nümunələrini ifa edəcək kvartet tərəfindən “İçərişəhər”, “Sahil”, “28 May”, ”Elmlər Akademiyası” stansiyalarında “İçərişəhər” stansiyası saat 11:00 – 12:30-da, “Sahil” stansiyası saat 12:00 – 13:30-da, “28 May” stansiyası – 13:00 – 14:30-da, ”Elmlər Akademiyası” stansiyasında isə saat 14:00 -15:30-da göstərilən saatlarda səsləndiriləcək.