Tribuna İnformasiya Agentliyi

Metro istifadəçilərinə ŞAD XƏBƏR

14 Dekabr

Təmir-bərpa işlərinin aparılması ilə əlaqədar 2 həftəlik bağlanan “Cəfər Cabbarlı” stansiyasının 1-ci yolu dekabın 15-dən təkrar istifadəyə veriləcək. 

Təmir-bərpa işlərinin aparılması ilə əlaqədar 2 həftəlik bağlanan “Cəfər Cabbarlı” stansiyasının 1-ci yolu dekabın 15-dən təkrar istifadəyə veriləcək.

Bu barədə TİA.AZ-a “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev məlumat verib.

Onun sözlərinə görə, təmir-bərpa işləri 2 həftə davam edəcəyi bildirilsə də, işlər vaxtından əvvəl yekunlaşdırılıb.

Qeyd edək ki, stansiyada təmir-bərpa işləri dekabrın 7-dən başlanılıb.