backend

Mətbuata ayrılan vəsait artırılsın – Təklif

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“2017-ci ilin dövlət büdcəsindən mətbuata ayrılan vəsait artırılmalıdır”.  

“2017-ci ilin dövlət büdcəsindən mətbuata ayrılan vəsait artırılmalıdır”.

TİA.AZ xəbər verir ki, bunu Milli Məclisdə 2017-ci il üzrə büdcə zərfinin müzakirəsi zamanı deputa, Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib.

MŞ sədri bildirib ki, jurnalistika ölkədə ictimai rəyin formalaşmasında və ölkənin dünyada təbliğində mühüm rol oynayır: “Reklamı və heç bir gəliri olmayan, amma həmişə peşəkarlıq və vətənpərvərlik umulan bu biçarələr bəs nə ilə yaşamalıdır? Bu sahə ilə bağlı qənaət rejiminə keçilməməlidir. Son 1 ildə istər qəzet kağızı ilə bağlı, istərsə də çap xərcləri kifayət qədər bahalaşıb. Ümumilikdə KİV-lərin satışı çox zəifdir, reklamlardan gələn gəlirləri də kifayət qədər aşağıdır. 2016-cı ildən ölkəyə gətirilən qəzet kağızlarına ƏDV-nin tətbiqinə də başlanılıb. Bütün bunlar vəziyyətə neqativ təsir göstərir. Hazırda intenet media da ictimai fikrin formalaşmasında əsas vasitəyə çevrilib.

Azərbaycanda 30-dək xəbər portalı normal qaydada fəaliyyət göstərir. Gələcəkdə bu rəqəmin artacağı istisna deyil. Buna görə də bu tip media vasitələrinin nəzərə alınması vacibdir. Ümumiləşdirmə apararaq təklif edirəm ki, KİVDF-yə ayrılmış 4 milyon manat vəsait artırılmalıdır. Məhz internet medianın maliyyələşdirilməsi üçün ən azı 1 milyon manat ayrılmalıdır”.