“Meta” şirkəti 50 min istifadəçini izləyən 7 təşkilatı bloklayıbbackend

“Meta” şirkəti 50 min istifadəçini izləyən 7 təşkilatı bloklayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Meta Platforms” şirkəti (Facebook, Instagram, WhatsApp-ın sahibi) platformalarında 50 minə yaxın istifadəçini izləyən yeddi təşkilatı bloklayıb.

TİA.AZ-ın məlumatına görə, bu barədə şirkətin saytında bildirilib.

Məlumatda qeyd olunub ki, İnternet vasitəsilə 100-dən çox ölkədən insanları izləyən yeddi təşkilat bloklanıb:

“Bu zərərli fəaliyyətlərin qurbanı olduğuna hesab etdiyimiz 50 000-ə yaxın insanı xəbərdar etmişik”.

Şirkətdən verilən məlumata görə, cinayətkarlar Çin, Hindistan, İsrail və Şimali Makedoniyada yerləşib.