Tribuna İnformasiya Agentliyi

Messinin qollarından sonra şəhər silkələnir – Alimlərdən müəmmalı açıqlama

12 Aprel
Barselona Coğrafiya və Yer Elmləri İnstitutunun alimləri “Barselona” futbol klubuna məxsus “Nou-Kamp” stadionunun 500 metr yaxınlığında yerləşdirdikləri seysmometr sayəsində bir ilkə imza atıblar.
Futbol matçlarından, xüsusilə də Lionel Messinin qollarından sonra bölgədə yaşanan hərəkətliliyi müşahidə edən mütəxəssislər Barselona şəhərinin silkələndiyini kəşf ediblər.
Məluata görə, 99 min 354 nəfərlik stadionda Messinin qollarından sonra azarkeşlərin qol sevinci şəhərin yeraltı təbəqələrində silkələnməyə səbəb olub.
Qeyd edək ki, ən güclü titrəyiş ötən il “Barselona” – PSJ matçında qeydə alınıb. Həmin oyunda “Barselona”nın 6-cı qolundan sonra azarkeşlərin çılğın şəkildə qışqırması rekord kimi tarixə düşüb.(
AzEdu.az)