Messinin qarşısını alan island futbolçu: fabrik işçisi imişbackend

Messinin qarşısını alan island futbolçu: fabrik işçisi imiş

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Ötən günlərdə Argentina və İslandiya milliləri futbol üzrə dünya çempionatının qrup mərhələsi çərçivəsində üz-üzə gəldi.
Oyun İslandiyanın Argentinaya qarşı layiqli mübarizəsi ilə yadda qaldı və 1:1 hesabı ilə yekunlaşdı. Matç ərzində Argentinanın dünya şöhrətli ulduzu Lionel Messi İslandiyanın 33 yaşlı müdafiəçisi Birkir Mer Saevarsson səddi ilə üzləşdi. Dəyəri 100 milyonlarla avro olan Messi və Angel Di Marianın qarşısını almağı bacaran Saevarssonla bağlı maraqlı fakt ortaya çıxıb.
Qaynarinfo xəbər verir ki, futbolçu lava duzu paketləyən şirkətdə çalışır. O, işi ilə əlaqədar verilən suala “Mənim fabrikdə işçi kimi çalışmağım DÇ finalında iştirakımızdan daha normal bir şeydir” deyib.
Qeyd edək ki, Messinin penalti zərbəsini qaytarmağa müvəffəq olan İslandiya qapıçısı Hannes Halldorsson isə ölkəsində sənədli film və klip rejissorudur.