Messinin forması hərracda 400 min avroya satılıbbackend

Messinin forması hərracda 400 min avroya satılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransanın PSJ klubunun futbolçusu Lionel Messinin karyerasında 500-cü qolunu vurarkən geyindiyi forma hərracda satılıb.

TİA.AZ xəbər verir ki, adı açıqlanmayan alıcı geyim dəsti üçün təqribən 400 000 avro ödəyib.35 yaşlı hücumçu yubiley qoluna 2017-ci ilin aprelində – İspaniya “Barselona”sında çıxış edərkən imza atıb. Argentinalı forvard “Real Madrid”i 3:2 hesabı ilə məğlub etdikləri La Liqa matçında fərqlənib. Həmin qarşılaşmada dubl edən ulduz futbolçunun ikinci qolu 500-cü olub.

Messi qoldan sonra formasını çıxararaq, Madrid azarkeşlərinə nümayiş etdirib.

Qeyd edək ki, Lionel Messi 2021-ci ilin yayında “Barselona”nı PSJ-yə dəyişib.