Tribuna İnformasiya Agentliyi

Messinin 400-cü qolu – La Liqada

14 Yanvar

“Barselona”nın hücumçusu Lionel Messinin İspaniya Liqasının 19-cu turunun “Eybar”la oyununda (3:0) vurduğu qol argentinalı superulduz üçün əlamətdar olub.

Qol.az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, görüşün 53-cü dəqiqəsində, komandası 1:0 hesabı ilə öndə olarkən fərqlənən 31 yaşlı futbolçu İspaniya çempionatında 400-cü qolunu vurub. Yubiley qoluna 435-ci oyununda imza atan Messi bu göstəriciyə çatan ilk futbolçu kimi tarixə düşüb.

Qeyd edək ki, ikinci sırada ötən mövümün sonunda “Real”ı “Yuventus”a dəyişən Kriştiano Ronaldo qərarlaşıb. Portuqaliyalı forvard La Liqada keçirdiyi 292 qarşılaşmada 311 dəfə fərqlənib. İlk “3-lüy”ü isə “Atletik”in sabiq hücumçusu Telmo Sarra tamamlayır. O, 277 matçda 251 qol vurub.