Messi yenə “Barselona”nın məşqinə qatılmadıbackend

Messi yenə “Barselona”nın məşqinə qatılmadı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İspaniya “Barselona”sının kapitanı Lionel Messi komandasının bugünkü məşqində də iştirak etməyib.

TİA.AZ AFP-yə istinadən xəbər verir ki, argentinalı futbolçu hazırlıq prosesinə sentyabrın 7-də qoşulacaq.

Daha əvvəl Kataloniya təmsilçisindən ayrılmaq istədiyini bildirən 33 yaşlı hücumçu məhkəmə məsələsinə görə qərarını dəyişib. O, müqaviləsinin sonuna – 2021-ci ilin yayınadək komandada qalacağını açıqlayıb.

Qeyd edək ki, bir müddət əvvəl Britaniya mətbuatı Lionel Messinin “Mançester Siti” ilə anlaşdığını yazmışdı. Hücumçu 2004-cü ildən “Barselona”nın əsas komandasında çıxış edir. 33 yaşlı forvard bu müddət ərzində bütün turnirlər daxil olmaqla 731 matçda meydana çıxıb, 634 qol və 285 məhsuldar ötürmə ilə yadda qalıb.