Messi uzun fasilədən sonra ümumi heyətlə məşqə qatıldı – FOTObackend

Messi uzun fasilədən sonra ümumi heyətlə məşqə qatıldı – FOTO

“Barselona”nın hücumçusu Lionel Messi uzun müddət sonra ilk dəfə ümumi heyətlə məşqlərə qatılıb.

Bu barədə məlumat “Barselona” klubunun rəsmi “Twitter” səhifəsində dərc edilib.

Xatırladaq ki, daha əvvəl Kataloniya təmsilçisindən ayrılmaq istədiyini bildirən 33 yaşlı hücumçu qərarını dəyişib.

O, müqaviləsinin sonuna – 2021-ci ilin yayına kimi komandada qalacağını açıqlayıb.

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki