Messi, Ronaldu və Levandovski ilin rəmzi komandasında yer alıbbackend

Messi, Ronaldu və Levandovski ilin rəmzi komandasında yer alıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası 2021-ci ilin rəmzi komandasını açıqlayıb.

TİA.AZ-ın məlumatına görə, “11-liy”ə İngiltərə “Mançester Yunayted”indən Kriştianu Ronaldu, Almaniya “Bavariya”sından Robert Levandovski və Fransanın PSJ klubundan Lionel Messi də düşüb.

Simvolik heyətdə 4-3-3 taktiki sxeminə yer verilib. PSJ-nin 4 oyunçusu rəmzi komandaya salınıb.

Qapıçı: Canluici Donnaruma (PSJ, Fransa)

Müdafiəçilər: Əşrəf Hakimi (PSJ, Fransa), Leonardo Bonuççi (“Yuventus”, İtaliya), Ruben Diaş (“Mançester Siti”, İngiltərə), (“Bavariya”, Almaniya)

Yarımmüdafiəçilər: Kevin De Bröyne (“Mançester Siti”, İngiltərə), Lionel Messi (PSJ, Fransa), Jorjinyo (“Çelsi”, İngiltərə)

Hücumçular: Kilian Mbappe (PSJ, Fransa), Robert Levandovski (“Bavariya”, Almaniya), Kriştianu Ronaldu (“Mançester Yunayted”, İngiltərə)